İki London klubu Bakı finalına bir addım yaxınlaşdı
Tarix: 03-05-2019 01:13 | Bölmə: İdman
İki London klubu Bakı finalına bir addım yaxınlaşdı

Avropa liqasının yarımfinal mərhələsində ilk oyunlar baş tutub.

Reyting.az bildirir ki, “Arsenal” öz meydanında İspaniyanın “Valensiya” klubunu qəbul edib.

Oyun 3:1 hesabı ilə londonluların xeyrinə başa çatıb.

Londonun digər təmsilçisi “Çelsi” Almaniyada “Ayntraxt”ın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu isə o deməkdir ki, “Çelsi”nin cavab qarşılaşmasında finala vəsiqə qazanmaq imkanı daha çoxdur.

“Arsenal”ın da İspaniyada sərfəli nəticə əldə edəcəyini nəzərə alsaq, Avropa liqasının Bakıda keçiriləcək finalında iki London klubunun mübarizə aparacğı ehtimalı çoxalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}