Azarkeşlər Bakıda keçiriləcək final oyunu üçün biletlərin sayı və qiymətindən narazıdır
Tarix: 11-05-2019 13:42 | Bölmə: İdman
Azarkeşlər Bakıda keçiriləcək final oyunu üçün biletlərin sayı və qiymətindən narazıdır

Böyük Britaniyanın azarkeş qrupları UEFA-nın "rüsvayçı bilet bölgüsünə" etiraz ediblər. Onlar final oyunları üçün avropalılara biletlərin üçdə bir hissəsini ayrılmasını qınayıblar.

Reyting.az
BBC-yə istinadla xəbər verir ki, final görüşündə iştirak edəcək klubların fan-qrupları beynəlxalq futbol qurumundan Çempionlar Liqası və Avropa Liqası final biletlərində "şəffaflıq" tələb ediblər.

Hazırda internet saytlarında biletlərin qiyməti 5.500 funt sterlinqə satılır.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bununla bağlı UEFA-nı "həssas və məqbul" qərarlar verməyə çağırıb.

Xatırladaq ki, mayın 29-da Bakıda “Arsenal” və “Çelsi” klubları arasında final oyunu keçiriləcək.

UEFA bu final oyunu üçün hər bir kluba 6 min bilet ayırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}