16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sensasiyalı qərar: Çempionlar liqasının finalı yenidən oynanılacaq
Tarix: 05-06-2019 22:53 | Bölmə: İdman
Sensasiyalı qərar: Çempionlar liqasının finalı yenidən oynanılacaq

Tunisin “Esperans” və Mərakeşin “Vidad” klubları arasındakı Afrika Çempionlar liqasının final cavab oyunu Tunisdən kənarda yenidən oynanılacaq.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 1:0 hesabı ilə qalib gələn “Esperans” medalları və qalibin mükafatını geri qaytaracaq.

Bu qərar Afrika futbol konfederasiyasının (CAF) iclasında qəbul olunub.

Əvvəlki görüş qalmqala görə tez başa çatıb. Qonaqların 59-cu dəqiqədə vurduğu qoldan sonra atılan pirotexnikalardan meydan dumana bürünüb, Mərakeş komandasının məşqçi heyəti və ehtiyat oyunçuları hakimin VAR-ın köməyindən istidafədən imtina etdiyinə görə meydandan qaçıblar.

Bəzi məlumatlara görə, hakimə yardım edən video sistemi sadəcə işləməyib.

Oyunda 1 saat 25 dəqiqə fasilə yaranıb. “Esperans” qalib elan ediləndən sonra “Vidad” meydana çıxmaqdan imtina edib. İyunun 5-də bu qərar ləğv edilib. İlk oyun 1:1 hesabı ilə başa çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}