Xorvatiya Uelsi məğlub edib qrup lideri oldu
Tarix: 08-06-2019 19:55 | Bölmə: İdman
Xorvatiya Uelsi məğlub edib qrup lideri oldu

2020-ci ildə baş tutacaq Avropa çempionatı qrup mərhələsində bu gün indiyədək iki oyun keçirilib.

Reyting.az xəbər verir ki, E qrupunda yer alan Xorvatiya öz meydanında Uels ilə qarşılaşıb.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında ikinci yeri tutan Xorvatiya 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra Xorvatiya 6 xalla Azərbaycanın da yer aldığı E qrupunda birinci yerə yüksəlib.

H qrupunda yer alan İslandiya isə öz meydanında 1:0 hesabı ilə Albaniyanı məğlub edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}