17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Həkimlər “Tottenhem”in əfsanəsini xilas edə bilmədilər
Tarix: 09-06-2019 12:00 | Bölmə: İdman
Həkimlər “Tottenhem”in əfsanəsini xilas edə bilmədilər

49 yaşlı ingiltərəli futbolçu və məşqçi Castin Edinburq ürək tutmasından vəfat edib.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Edinburq iyunun 3-də özünü pis hiss edib.

O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı ediblər. Ancaq iyunun 8-də ingiltərələnin ürəyi dayanıb. Onu xilas etmək mümkün olmayıb.

Edinburq 1990-cı ildən 2000-ci ilədək Londonun “Tottenhem” klubundakı çıxışı ilə tanınıb. Müdafiəçi 215 oyunda meydana çıxıb və 1 qol vurub.

Edinburq professional karyerasını 2006-cı ildə başa vurub və məşqçi olub.

İngiltərəlinin indiyədək başçılıq etdiyi sonuncu klub Londonun “Leyton Orinet”i olub. “Leyton” ötən mövsümdə 46 qarşılaşmada 89 xal toplayaraq İngiltərənin Milli liqasında – ölkənin aşağı professional diviziyasında – qalib olub.

Qeyd edək ki, Castin Edinburqun həyat yoldaşı və iki övladı qalıb. Maraqlıdır ki, o, məşqçilik fəaliyyəti ilə yanaşı, bizneslə də məşğul idi. Onun İngiltərədə 7 bərbərxanası vardı.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}