14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Mançester Yunayted” Beyli icarəyə götürməyə hazırdır
Tarix: 09-06-2019 15:02 | Bölmə: İdman
“Mançester Yunayted” Beyli icarəyə götürməyə hazırdır

“Real” rəhbərliyi bu yay uelsli hücumçu Qaret Beyli satmağa cəhd etməyəcək.

Reyting.az
bildirir ki, “Mirror”un xəbərinə görə, Madrid klubunun yay transfer pəncərəsində 29 yaşlı hücumçunu satmaqla bağlı bütün cəhdlərinə baxmayaraq, “Mançester Yunayted” və “Tottenhem” ispaniyalıların Beyli 75 milyon funta almaq təklifini geri çevirib.

Mankunianlar həmçinin “Real”ın uelslini yarımmüdafiəçi Pol Poqba ilə dəyişmək təkilifinə də razılaşmayıb.

Ancaq Britaniya nəşrinin informasiyasına görə, “Mançester Yunayted” Beyli icarəyə götürməyə hazırdır. Bu halda “qırmızı şeytanlar” hətta hücumçunun icarəsinə görə pul ödəməyə də hazırdır.

Qeyd edilir ki, bu cür sövdələşmə “qırmızı şeytanlar”a digər transferlər üçün qənaət etməyə imkan verəcək, “Real” isə sonrakı iki ildə təxminən 50 milyon funt ödəməkdən azad olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}