16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Barselona” məşqlərə gecikən Dembeleni satmağa hazırdır
Tarix: 09-06-2019 15:54 | Bölmə: İdman
“Barselona” məşqlərə gecikən Dembeleni satmağa hazırdır

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele növbəti dəfə intizam qaydalarını pozub.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı fransalı kataloniyalıların İspaniya Kubokunun finalında “Valensiya”ya 1:2 hesabı ilə uduzduqları həftədə məşqlərə gecikib.

Dembele izahatında deyib ki, onun fərdi fizioterapevtlə məşğul olması üçün icazəsi olub. Ancaq həmin gün bütün futbolçular üçün qaydalar eyni cür müəyyənləşdirilib.

Dembelenin bu davranışı “Barselona”nın ürəyincə deyil. Bir neçə gün əvvəl klubdan fransalının ətrafındakılara deyilib ki, əgər oyunçu işə münasibətini dəyişməzsə, onu transferə çıxaracaqlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}