Buffon “Portu”da Kasilyası əvəz edə bilər
Tarix: 11-06-2019 16:45 | Bölmə: İdman
Buffon “Portu”da Kasilyası əvəz edə bilər

“Yuventus” və PSJ-nin keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, məlumata görə, 41 yaşlı futbolçu Portuqaliya çempionunun xeyrinə seçim edib və komandanın ispaniyalı qapıçısı İker Kasilyası əvəz etməyə hazırdır.

Sonuncu karyerasını ötən ay ürəyindən keçirdiyi əməliyyata görə başa vura bilər.

Bundan əvvəl xəbər verilirdi ki, Buffon Olimpiada-2020-yə görə karyerasını başa vurmaq istəmir. Əfsanəvi qapıçı Tokiodakı oyunlarda İtaliya millisinin qapısını qorumaq niyyətindədir.

Buffon iyunun 6-da PSJ-dən getdiyini elan edib. O, klubla müqaviləsini uzatmaqdan imtina edib. İtaliyalı ötən mövsüm Fransa komandasının heyətində 25 oyunda meydana çıxıb, bu qədər qol buraxıb və 9 dəfə qapısını “quru” saxlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}