“Qarabağ”ın yeni rəqibləri müəyyənləşəcək - Püşkatma
Tarix: 05-08-2019 00:23 | Bölmə: İdman
“Qarabağ”ın yeni rəqibləri müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. III təsnifat mərhələsi başa çatmadığından püşkdə 10 cüt və 2 komanda iştirak edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə cütünün də növbəti rəqibinin kimliyini biləcək. Çempionlar yolunda mübarizə aparacaq 6 cüt və 2 klubun sırasında olan “Qarabağ” – APOEL dueli püşkdə səpələnməmişlərdən olacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsinin püşkatması

Çempionlar yolu

Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

"Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)

“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)

Səpələnməmişlər

“Slaviya” (Çexiya)

“Yanq Boyz” (İsveçrə)

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu

Səpələnmişlər

“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Səpələnməmişlər

“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)

“Bazel” (İsveçrə) - LASK (Avstriya).(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}