16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Qarabağ"ın Avropa Liqasındakı oyununun bileti 2 manata satılır
Tarix: 21-08-2019 17:17 | Bölmə: İdman
"Qarabağ"ın Avropa Liqasındakı oyununun bileti 2 manata satılır

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Reyting.az
kluba istinadla bildirir ki, ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}