16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
AFFA bu klubları cəzalandırdı - Səbəb
Tarix: 28-08-2019 14:30 | Bölmə: İdman
AFFA bu klubları cəzalandırdı - Səbəb

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Qarabağ Lökbatan” və “Kəpəz” klubunu 80 manat cərimələyib.

Reyting.az
xəbər verir ki, buna səbəb hər iki klubun rəsmi şəxslərinin I turda müvafiq olaraq “Sumqayıt-2” və MOİK-lə matçlarda “A” buraxılışından istifadə etməməsidir.

“Qaradağ Lökbatan” oyunun protokolunu vaxtında tərtib etmədiyinə görə əlavə 80 manat da ziyana düşüb. “Sabah-2” klubu nümayəndəsinin “Zaqatala”oyunöncəsi iclasda iştirak etməməsinə görə 80 manat cərimə ödəyəcək.

“Zirə-2” – “Ağsu” görüşündə oyunöncəsi iclasda təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi 40 manat cərimə olunub. “Səbail-2” – “Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına (minumum 18 yaş) görə meydan sahibi 80 manat cərimələnib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}