16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Dmitri Kramarenko: "Qızımın Azərbaycan bayrağı altında çıxış etməsi nəzərdən keçirilmir"
Tarix: 30-08-2019 13:51 | Bölmə: İdman
Dmitri Kramarenko: "Qızımın Azərbaycan bayrağı altında çıxış etməsi nəzərdən keçirilmir"

“Qızımın Azərbaycan bayrağı altında çıxış etməsi nəzərdən keçirilmir. Özü Moskvada doğulub, uzun müddətdir Rusiya yığmasındadır və hər şey onu qane edir”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Dmitri Kramarenko Rusiyanın bədii gimnastika yığmasında yer alan qızı Lalə Kramarenko barədə danışarkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, qızı Azərbaycan millisindən təklif almayıb. D.Kramarenko qızının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmə variantına da münasibət bildirib: “Vətəndanşlıq məsələsi müzakirə olunan zaman Bakıdan heç bir maraq yox idi. Həyat yoldaşım İrina qızımızın "Tokio olimpiadasına düşməsini istəyir. Mən isə hadisələri tələsdirmək istəmirəm. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. Lalənin hələ 15 yaşı tamam olmayıb! Millidə isə dəlicəsinə rəqabət var. Hazırda orada bir nömrə Dina və Arina Averinalardır. İndi həqiqətən o qızlara tən yoxdur. Təkcə Rusiyada yox, bütün dünyada! Lakin burada son söz sahibi baş məşqçi İrina Viner-Usmanovadır. Tokioya Lalənin gedəcəyinə qərar versə, çox gözəl olar. Olmasa, qorxulu heç nə yoxdur. Növbəti olimpiadaya hazırlaşacağıq. Lalə Azərbaycan dilində azca bilir. Bakıda məktəbdə oxuyanda milli himni oxuduğunu xatırlayıram. Özüm isə anamdan daha yaxşı danışıram. Bakıda uzun müddət yaşasa da, evdə həmişə rus dilində danışırdı”.

45 yaşlı mütəxəssis millidəki işindən də danışıb: “2018-ci ilin əvvəlində yığmanın baş məşqçisi postuna Qurban Qurbanov dəvət olundu. Onunla çoxdan tanışam, Rusiyada birgə oynamışıq. Daha sonra Qurbanovu Xorvatiya millisində, “Lokomotiv” və “Vest Hem”də Slaven Biliçin köməkçisi olmuş Nikola Yurçeviç əvəzlədi. Onun məşqçilər heyətində yer alacağıma ümid belə etmirdim. Ancaq Yurçeviçlə danışandan sonra məsələ həllini tapdı. O, yığmaya 3 həmyerlisini dəvət etdi. Yerli mütəxəssislərdən isə Arif Əsədovla mən kömək edirəm”.

Qeyd edək ki, Lalə Kramarenko 2018-ci ildə gənclər arasında Avropa çempionu və Qran-prinin mütləq qalibi olub. O, həmçinin üçqat Rusiya çempionudur.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər