Tarix: 03-08-2016 12:27 | Bölmə: İdman
"Avropa çempionatından sonra istirahət etmişəm. Artıq bütün diqqətimi oyunlara yönəltmişəm və oynamağa hazıram. Komandama kömək etmək istəyirəm".
Reyting.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa mətbuatına "Qəbələ"nin Avroliqanın 3-cü təsnifat mərhələsindəki rəqibi "Lill”in futbolçusu Eder deyib.
"Avro-2016"nın finalında Fransa ilə görüşdə komandasının qələbə qolunu vuran Portuqaliya millisinin hücumçusu bildirib ki, onun üçün hazırda ən vacib olan klubundakı çıxışıdır:
"Avropa çempionatının finalında qol vurdum. Amma bunu komanda yoldaşlarımın köməyi ilə bacardım. İndi mənə mühüm olan "Lill"dir. Mənim üçün yeni mövsüm əhəmiyyətli qarşılaşma ilə başlayacaq. Cümə axşamı Avropa Liqasında keçiriləcək görüşdə oynamaq istəyirəm".
Bölməyə aid digər xəbərlər