17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Cəzası bitən Platini VAR sisteminə qarşı çıxıb
Tarix: 08-10-2019 14:33 | Bölmə: İdman
Cəzası bitən Platini VAR sisteminə qarşı çıxıb

UEFA-nın sabiq prezidenti Mişel Platini futbolda videotəkrar (VAR) sisteminin tətbiqini dəstəkləmədiyini açıqlayıb.

“Report” xəbər verir ki, 64 yaşlı funksioner “Associated Press”ə açıqlamasında VAR-ın hakimlərin avtoritetini və tribunalardakı atmosferi öldürdüyünü bildirib. O, yeni sistemi sirkə bənzədib: "Azarkeşlər qolun sayılıb-sayılmayacağına əmin deyillər. Bu, sirkdir. Lakin təəssüf ki, biz əvvəlki vəziyyətə qayıtmayacağıq”.

Platini futbola dönəcəyini istisna etməyib: “Bir ideyam var. Amma indi bu barədə danışmaq istəmirəm. FIFA və UEFA-ya seçkilər? Buna hələ bir neçə il var”.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə endirilib və bu gün çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}