Çempionlar Liqası: "Çelsi" və "Leyptsiq" qələbə qazandı
Tarix: 23-10-2019 23:49 | Bölmə: İdman
Çempionlar Liqası: "Çelsi" və "Leyptsiq" qələbə qazandı

Bu gün Çempionlar Liqasında qrup mərhələsində keçirilən 2 oyun başa çatıb.

Reyting.az
xəbər verir ki, "Ayaks" öz meydanında İngiltərənin "Çelsi" komandasına minimal hesabla uduzub - 1:0.

Oyunda yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub.

Bu qələbə sayəsində "Çelsi" xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik "Ayaks"la şərikli lider olub.

"Leyptsiq" isə Almaniyada Rusiya "Zenit"i üzərində əzmkar qələbə qazanıb - 2:1

Bununla da xallarını 6-ya çatdıran "Leyptsiq" liderliyə yüksəlib. 4 xala malik "Zenit" isə Fransa "Lion"u ilə 2-3-cü yerləri bölüşür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}