UEFA Fransa Futbol Federasiyasını himnə görə cərimələyib
Tarix: 24-10-2019 17:20 | Bölmə: İdman
UEFA Fransa Futbol Federasiyasını himnə görə cərimələyib

UEFA Fransa Futbol Federasiyasını 20 min avro cərimələyib.

Buna səbəb Fransa və Albaniya yığmaları arasında AVRO-2020-nin seçmə mərhələ oyunu zamanı qonaq komanda himninin səsləndirilməsində səhvə yol verilməsi və matçın gec başlamasıdır.

“Stad de Frans”da keçirilmiş görüşdə meydan sahibləri Albaniyanın yerinə Andorranın dövlət himnini səsləndiriblər. Bundan sonra qonaqların futbolçuları ölkələrinin himni səslənməyənə qədər oynamayacaqlarını bildiriblər.

Onların tələbinin yerinə yetirilməsi zaman aldığı üçün oyun gec başlayıb. Matçdan sonra Fransa prezidenti Emmanuel Makron və baş məşqçi Didye Deşam Albaniyandan üzr istəyiblər.

Qeyd edək ki, oyun Fransanın 4:1 hesablı qələbəsi ilə başa çatıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}