16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Zirə" - "Sumqayıt", "Sabah" - "Qəbələ" qarşılaşması olub
Tarix: 03-11-2019 19:35 | Bölmə: İdman
"Zirə" - "Sumqayıt", "Sabah" - "Qəbələ" qarşılaşması olub

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tur başa çatıb.

Sonuncu oyun günündə "Zirə" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Komandalar hərəyə 2 dəfə fərqlənməklə xalları yarı bölüblər.

"Sabah" isə "Qəbələ" ilə 3 xal uğrunda mübarizə aparıb. Görüşdə hesabı meydan sahibləri açsa da, qonaqlar ikinci hissədə 2 qol vuraraq qələbə qazanıblar.

Qeyd edək ki, "Səbail" - "Keşlə" və "Neftçi" - "Qarabağ" matçlarında hesab açılmamışdı.

3 noyabr (bazar)

15:00. “Zirə” – “Sumqayıt” - 2:2

Qol: M. Kqasvane, 3, R. Qadze, 57 - P. Babayi, 28 (pen), Ə. Ağayev, 81

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev

Zirə İdman Kompleksinin stadionu.

17:00. “Qəbələ” – “Sabah” - 1:2

Qol: D. Volkov, 43 - C. İmamverdiyev, 53, Ekşteyn, 73

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}