Klublararası dünya çempionatının iştirakçıları məlum olub
Tarix: 24-11-2019 22:54 | Bölmə: İdman
Klublararası dünya çempionatının iştirakçıları məlum olub

Noybrın 23-də Braziliyanın “Flamenqo” klubu Libertadores Kubokunun, bu gün isə Səudiyyə Ərəbistanın “Əl-Hilyal”ı Asiya Çempionlar Liqasının qalibi olub.

Reyting.az
xəbər verir ki, beləliklə, dekabrın 11-dən 21-dək Qətərdə baş tutacaq klublararası 16-cı dünya çempionatının 7 iştirakçısı məlum olub.

İlk turda Qətər çempionu “Əl-Saad” Okeaniyanın – Yeni Kaledonyanın ən güclü komandası “İnyen Sport” ilə qarşılaşacaq. Bu oyunun qalibi ikinci dövrədə Meksikanın “Monterreem” (KONKAKAF) zonasının ən yaxşı komandası) ilə görüşəcək.

Püşkatmanın ikinci cütlüyü “Əl-Hilyalil”i Afrikanın Tunisdən olan “Esperans”ı ilə salıb.

Avropanın İngiltərəni təmsil edən klubu “Liverpul” və Cənubi Amerika Kubokunun qalibi “Flamenqo” turnirə yarımfinaldan qoşulacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}