12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
"Zenit" "Lion"a qalib gəldi, Valensiya" isə "Çelsi" ilə bərabərə qaldı
Tarix: 27-11-2019 23:59 | Bölmə: İdman
"Zenit" "Lion"a qalib gəldi, Valensiya" isə "Çelsi" ilə bərabərə qaldı

UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.

Rusiyada "Zenit" Fransa "Lion"unu qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Zenit" G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Lion" isə 3-cü pilləyə enib.

9 xalla ilk sırada yer alan Almaniya "Leyptsiq"i saat 24:00-da başlanacaq qarşılaşmada Portuqaliya "Benfika"sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.

H qrupundakı matçda isə "Valensiya" İspaniyada Avropa Liqasının son qalibi "Çelsi" ilə heç-heçəyə nail olub - 2:2.

Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra "Valensiya" 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Çelsi" ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya "Ayaks"ı Fransada 1 xalı olan "Lill"ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.

Qeyd edək ki, turun qalan 6 oyunu bu gecə keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər