12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Azərbaycan Kuboku: "Keşlə" "Kəpəz"ə qalib gəldi
Tarix: 03-12-2019 17:14 | Bölmə: İdman
Azərbaycan Kuboku: "Keşlə" "Kəpəz"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start verilib.

İlk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçirilib.

"ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. İlk yarıda tərəflər hərəyə bir qol vurublar. Fasiləyə doğru paytaxt təmsilçisi Franko Floresin qırmızı vərəqə alması üzündən oyunun qalan hissəsini azlıqda keçirib.

Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşdiyindən "Keşlə" 1/4 finala vəsiqə qazanıb. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. "Keşlə” – "Kəpəz” - 3:1

Qollar: Ruslan Əmircanov, 25. Xəzər Mahmudov, 56; 87 - Nodar Məmmədov, 45+3

Qırmızı vərəqə: Franko Flores, 45+2 ("Keşlə")

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər