Valverdenin “Barselona”dan gedəcəyi vaxt açıqlandı
Tarix: 11-01-2020 16:01 | Bölmə: İdman
Valverdenin “Barselona”dan gedəcəyi vaxt açıqlandı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde mövsüm başa çatandan sonra klubdan getməsini razılaşdırıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, “Barselona” yanvarın 9-da İspaniya Superkubokunun yarımfinalında öz meydanında “Atletiko”ya 3:2 hesab ilə uduzub.

Bu məğlubiyyətdən sonra Valverdenin klubdan ayrılması yenidən gündəmə gəlib.

“Valverde “Barselona”ilə münasibətini iyun ayında başa vuracaq. Belə qərar onunla klub arasında razılaşdırılıb”, - El Golazo De Gol proqramının müxbiri Qonsalo Miro belə deyib.

55 yaşlı Valverde 2017-ci ilin may ayından “Barselona”nın baş məşqçisi postunu tutur. Klub onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub, İspaniya Kubokunu və Superkubokunu qazanıb.

O, “Olimpiakos”un baş məşqçisi olanda isə 3 dəfə Yunanıstan çempionu titulunu qazanıb və iki dəfə ölkə kubokunun qalibi olub. ”Atletik”lə isə İspaniya Superkubokunu əldə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}