16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Superkubokdan ən çox qazanan komanda "Real"dır - Məbləğ
Tarix: 14-01-2020 15:25 | Bölmə: İdman
Superkubokdan ən çox qazanan komanda "Real"dır

İspaniya superkubokunun maliyyə detalları müəyyənləşib.

"AS" xəbər verir ki, turnirin qalibi "Real" iştirakçılar arasında ən çox qazanan komanda olub. Madrid klubu turnirdə iştirakına görə ödənilən 6 milyon avro da nəzərə alınmaqla ümumilikdə 12 milyon avo qazanıb. "Kral klubu"nun hər bir futbolçusuna isə qalib olduqları üçün 250 min avro mükafat verilib.

Superkubok iştirakçılarından "Barselona"ya 6 milyon avro, "Atletiko"ya 4 milyon, "Valensiya"ya 1.7 milyon avro ödənilib.

Qeyd edək ki, "Real" finalda penaltilər seriyasında "Atletiko"ya qalib gələrək superkubokun sahibi olub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}