17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb
Tarix: 10-02-2020 16:58 | Bölmə: İdman
Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasında XVI turunun rəmzi komandası müəyyənləşib.

Məlumata görə, simvolik komandada ən çox oyunçu ilə təmsil olunan klub “Sabah”dır.

Bakı klubunun 4 futbolçusu “11-liy”ə düşüb.

Turun ən yaxşı futbolçusu isə “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov seçilib.

Qapıçı: Saşa Stamenkoviç – 283 (“Sabah”)-2
Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-5, Filip İvanoviç – 274 (“Sabah”), İviça Juniç - 251 (“Qəbələ”)-2, Maksim Medvedev - 234 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev – 272 (“Sumqayıt”), Xəyal Nəcəfov - 325 (“Sumqayıt”), Hendrik Ekşteyn - 285 (“Səbail”)-3, Ozan Can Kökcü – 261 (“Sabah”)-3
Hücumçular: Ruslan Hacıyev - 276 (“Səbail”), Marko Deviç – 253 (“Sabah”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}