16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
AVRO-2020-nin Bakıdakı oyunlarına 111 min xarici vətəndaş bilet alıb
Tarix: 12-02-2020 12:05 | Bölmə: İdman
AVRO-2020-nin Bakıdakı oyunlarına 111 min xarici vətəndaş bilet alıb

"UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar 3 gün ərzində 38 min azarkeş ölkəmizə daxil oldu".

Bunu AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib. 

O, İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasında Bakı Olimpiya Stadionunda təşkil olunmuş final matçı zamanı paytaxtdakı bəzi pabların qonaqların ingilis azarkeşlər olduğunu nəzərə almadıqlarını söyləyib: "Ümid edirəm ki, Avropa çempionatı vaxtı bunu nəzərə alacaqlar. Eyni zamanda hazırda idman infrastrukturu ilə bağlı xeyli iş görülsə də, hələ məşq meydanları çatışmır".

E.Məmmədov artıq iki ildir AVRO-2020-nin hazırlıqlarına başladıqlarını diqqətə çatdırıb. O, belə tədbiri təşkil etməyə hazır olduqlarını söyləyib: "Artıq 111 min bilet xarici vətəndaşlar tərəfindən alınıb. İndidən biletləri onlayn vasitəsilə əldə etməyə çağırıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}