16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşib
Tarix: 17-02-2020 21:07 | Bölmə: İdman
Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşib

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Sabah" komandasında oynayacaq.

Reyting.az
kluba istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}