Şarapova karyerasını başa vurub
Tarix: 26-02-2020 17:43 | Bölmə: İdman
Şarapova karyerasını başa vurub

Məşhur tennisçi Mariya Şarapova karyerasını başa vurduğunu açıqlayıb.

Bu barədə "Böyük Dəbilqə"nin 5 qat qalibi, dünyanın keçmiş 1 nömrəli raketka ustası "Vanity Fair" saytında yazıb.

O, tennislə vidalaşdığını qeyd edib: "Bildiyin yeganə həyatı necə geridə qoymaq, uşaqlıqdan məşq etdiyin kortlardan, sevdiyin, sənə göz yaşları və sevinc bəxş edən oyundan, ailəni, 28 ildir səni dəstəkləyən azarkeşləri tapdığın idman növündən necə uzaqlaşmaq olar? Bu, mənim üçün yenidir. Ona görə də bağışlayın. Tennis, "görüşənədək" deyirəm", - Şarapova yazıb.

Qeyd edək ki, Mariya Şarapova karyerası ərzində Qadın Tennnisçilər Assosiasiyasının (WTA) 39 turnirinin, o cümlədən, WTA-2014-ün yekun çempionatının qalibi olub. Şarapova fərdi mübarizədə 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}