Avroliqanın oyunu təxirə salınıb - Səbəb
Tarix: 27-02-2020 21:38 | Bölmə: İdman
Avroliqanın oyunu təxirə salınıb

Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçirilməli olan "Zalsburq" - "Ayntraxt" cavab oyunu təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Oyun sabah, Zalsburq stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}