UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibləri bəlli oldu
Tarix: 03-03-2020 21:42 | Bölmə: İdman
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibləri bəlli oldu

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

A Liqası

I qrup

Hollandiya

İtaliya

Bosniya və Herseqovina

Polşa

II qrup

İngiltərə

Belçika

Danimarka

İslandiya

III qrup

Portuqaliya

Fransa

İsveç

Xorvatiya

IV qrup

İsveçrə

İspaniya

Ukrayna

Almaniya

B Liqası

I qrup

Avstriya

Norveç

Şimali İrlandiya

Rumıniya

II qrup

Çexiya

Şotlandiya

Slovakiya

İsrail

III qrup

Rusiya

Serbiya

Türkiyə

Macarıstan

IV qrup

Uels

Finlandiya

İrlandiya

Bolqarıstan

C Liqası

I qrup

Azərbaycan

Lüksemburq

Kipr

Monteneqro

II qrup

Ermənistan

Estoniya

Şimali Makedoniya

Gürcüstan

III qrup

Moldova

Sloveniya

Kosovo

Yunanıstan

IV qrup

Qazaxıstan

Litva

Belarus

Albaniya

D Liqası

I qrup

Malta

Andorra

Latviya

Farer adaları

II qrup

San Marino

Lixtenşteyn

Cəbəllütariq

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}