14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Neymar 180 milyon avro cərimələnə bilər - Səbəb
Tarix: 04-03-2020 22:45 | Bölmə: İdman
Neymar 180 milyon avro cərimələnə bilər

PSJ-nin futbolçusu Neymar bu yaydan klubla müqaviləsini birtərəfli pozmaq imkanına malik olacaq.

Sport.es xəbər verir ki, 28 yaşlı hücumçunun müqaviləsində bununla bağlı xüsusi bənd var.

Ancaq Neymar 2020-ci ilin yayından etibarən klubu ilə müqaviləni ləğv etmək istəyəcəyi təqdirdə, PSJ-yə 180 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan Paris təmsilçisinə transfer olunub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib