Oyun zamanı futbolçunun ayağı sınıb
Tarix: 09-03-2020 23:19 | Bölmə: İdman
Oyun zamanı futbolçunun ayağı sınıb

"Arsenal"ın futbolçusu Lukas Torreyra üçün mövsüm erkən başa çatıb.

Britaniya mətbuatı xəbər verir ki, İngiltərə kubokunun 1/8 finalında "Portsmut"la matçda (2:0) zədələnən oyunçunun sağ ayaq biləyində sınıq aşkarlanıb. 24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu da Lukas Torreyra üçün mövsümün başa çatması sayılır.

Qeyd edək ki, L. Torreyra bu mövsüm 33 oyuna çıxaraq 2 qol vurub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər