UEFA: "AVRO-2020 təxirə salınmayacaq"
Tarix: 10-03-2020 18:22 | Bölmə: İdman
UEFA: "AVRO-2020 təxirə salınmayacaq"

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) AVRO-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri barədə İtaliya mətbuatında yayılan xəbərə münasibət bildirib.

UEFA-dan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün zəruri səbəb görülmür.

"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur", - qurumun Mətbuat xidmətinin açıqlamasında qeyd olunub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}