Azərbaycan millisinin oyunları ləğv olundu
Tarix: 12-03-2020 11:30 | Bölmə: İdman
Azərbaycan millisinin oyunları ləğv olundu

Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilb.

Səbəb koronavirusdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}