11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Daha iki futbolçu koronavirusa yoluxub
Tarix: 14-03-2020 14:18 | Bölmə: İdman
Daha iki futbolçu koronavirusa yoluxub

İtaliyanın "Fiorentina" klubunun futbolçuları Patrik Kutrone və Herman Passelyada koronavirus aşkarlanıb. 

Klubun rəsmi "Twitter" səhifəsində xəbər verilib ki, bu oyunçularla yanaşı, Florensiya təmsilçisinin fizioterapevti Stefano Dainellinin də testi müsbət nəticə verib. 

Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilib. 

Qeyd edək ki, daha öncə "Fiorentina"nın digər futbolçusu Duşan Vlahoviç də koronavirusa yoluxub. İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb/Report. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}