Türkiyədə futbol oyunları dayandırıldı
Tarix: 19-03-2020 16:35 | Bölmə: İdman
Türkiyədə futbol oyunları dayandırıldı

Futbol üzrə Türkiyə liqalarının oyunları dayandırılıb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub.

Məlumata görə, Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihat Özdemir və Gənclik və İdman Naziri Mehmet Muharrem Kasapoğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}