"Qalatasaray"ın baş məşqçisi koronavirusdan sağaldı
Tarix: 07-04-2020 15:05 | Bölmə: İdman
"Qalatasaray"ın baş məşqçisi koronavirusdan sağaldı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim sağalıb.

Reyting.az
saytının məlumatına görə, təcrübəli mütəxəssisin koronavirus testi mənfi çıxıb.

Martın 23-də koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya yerləşdirilən, bir həftə sonra isə evə buraxılan 66 yaşlı mütəxəssisin son testinin cavabı onun tamam sağaldığını göstərir. Buna baxmayaraq, "cim-bom"un çalışdırıcısı aprelin 13-nə qədər evində karantin rejimində qalacaq.

Qeyd edək ki, "Qalatasaray"ın koronavirusa yoluxan vitse-prezidentləri Abdurrahim Albayrak və Yusuf Günay da müalicəsini evdə davam etdirirlər.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər