Azərbaycan millisinin voleybolçusu karantindən evə buraxılıb
Tarix: 09-04-2020 16:13 | Bölmə: İdman
Azərbaycan millisinin voleybolçusu karantindən evə buraxılıb

Azərbaycan millisinin voleybolçusu Marqarita Əzimova karantindən evə buraxılıb.

Reyting.az
saytının məlumatına görə, 2019/20 mövsümündə Polşanın "Radomka" klubunda çıxış etmiş və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Artıq evinə dönən 27 yaşlı hücumçu hər şeyin qaydasında olduğunu və problemin olmadığını deyib: “Artıq Bakıda evimdəyəm. Paytaxta qayıtdıqda bilirdik ki, Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürəcəklər və hazırki duruma uyğun olaraq karantinə alınacağıq. Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün vətənimizdə olduğum üçün çox sevinirəm. Uçuşların dayandırıldığı bir ərəfədə Azərbaycana dönməyimdə köməklik edən Polşadakı səfirliyimizə və Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular. Karantin zamanı bizə qulluq edən həkimlərə və digər işçilərə minnətdarlığımı çatdırıram. Orda bizim üçün lazımı şərait yaratmışdılar. Bir idmançı kimi, otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım”.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər