UEFA-nın avrokuboklarla bağlı yeni planı açıqlayıb
Tarix: 08-05-2020 17:38 | Bölmə: İdman
UEFA-nın avrokuboklarla bağlı yeni planı açıqlayıb

UEFA-nın koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı planları müəyyənləşib.

"Marca" nəşri xəbər verir ki, qitə futbol qurumu avrokubok matçlarını avqustda keçirməyi düşünür.

Milli assosiasiyalara məhz bu səbəbdən daxili çempionatları iyulun sonuna və ya avqsutun ilk həftəsinədək başa çatdırmaq tövsiyyə olunub.

ÇL-də 17 oyun, AL-də isə 27 oyun qalıb. Bu səbəbdən, qitənin ikinci dərəcəli klub turniri daha tez start götürməlidir. Görüşlərin həftə içi və həftəsonu keçirilməsi gündəmdədir. Hazırkı qeyri-müəyyən təqvimə əsasən, avqustun 26-da Avropa Liqasının, 3 gün sonra isə Çempionlar Liqasının finalı baş tutmalıdır.

Avrokuboklarda yeni mövsümün oktyabrın 20-dən sonra start götürəcəyi gözlənilir.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər