Belarus klubunun bir neçə üzvündə koronavirus aşkarlanıb
Tarix: 15-05-2020 14:06 | Bölmə: İdman
Belarus klubunun bir neçə üzvündə koronavirus aşkarlanıb

Belarusun "İsloç" klubunun bir neçə üzvü koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə yüksək liqa təmsilçisinin hücumçusu Momo Yansane şəxsi "Twitter" səhifəsində yazıb.

Qvineyalı futbolçu bildirib ki, bununla bağlı bir neçə günlük karantin müddəti tətbiq olunmalıdır: "Onlara möhkəm can sağlığı arzulayıram. İstərdim ki, oyunlara davam etməzdən əvvəl müəyyən təhlükəsizlik tədbirləri görülsün".

Qeyd edək ki, Belarusda daha əvvəl "Arsenal" klubunun futbolçusunda koronavirus aşkarlanıb, 2 oyun isə bu səbəbdən təxirə salınıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər