AFFA-da yeni İşçi Qrup yaradılıb
Tarix: 30-07-2020 11:56 | Bölmə: İdman
AFFA-da yeni İşçi Qrup yaradılıb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən yeni İşçi Qrup yaradılıb.

Reyting.az
xəbər verir ki, qrupa aşağıdakı şəxslər daxildir:
 
Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr

Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü

Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən

Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi

Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri.
 
İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər