13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb
Tarix: 17-09-2020 00:08 | Bölmə: İdman
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

16 sentyabrda "Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən oyunda əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə "Molde" 6:5 üstünlüklə qələbə qazanıb.

Norveç çempionu pley-off mərhələsində "Ferentsvaroş"la qarşılaşacaq. "Qarabağ" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Qurban Qurbanovun komandasının pley-offdakı rəqibi sentyabrın 18-də keçiriləcək püşkatmada müəyyənləşəcək.

16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)

Hakimlər:
Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)

"AEK Arena".

"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər