"Neftçi" "Qalatasaray"a məğlub oldu
Tarix: 17-09-2020 21:59 | Bölmə: İdman
 "Neftçi" "Qalatasaray"a məğlub oldu

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" Bakıda "Qalatasaray"ı qəbul edib.

Mia.az
xəbər verir ki, oyunun 19-cu dəqiqəsində "Qalatasaray" hesabı açıb.

Belə ki, Mbaye Diaqne baş zərbəsi ilə topu qapıdan keçirib - 0:1.

İlk hissə bu hesabla başa çatıb.

46-cı dəqiqədə "Neftçi" Mamadu Mbocin qolu ilə hesabı bərabərləşdirib - 1:1.

48-ci dəqiqədə isə Kristian Luyindama "Qalatasaray"ın 2-ci qoluna imza atıb - 1:2.

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb - 1:3.

Oyun bu hesabla başa çatıb.

Beləliklə, "Neftçi" Avroliqada mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qalatasaray"ın növbəti mərhələdəki  rəqibi Xorvatiyanın "Hayduk" komandası olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}