13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Avropa Liqasında püşkatma: "Qarabağ", "Qalatasaray" və "Beşiktaş"ın rəqibləri bəlli olub
Tarix: 18-09-2020 16:41 | Bölmə: İdman
Avropa Liqasında püşkatma: "Qarabağ", "Qalatasaray" və "Beşiktaş"ın rəqibləri bəlli olub

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. Belə ki, Ağdam təmsilçisi “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Türkiyə təmsilçilərindən "Beşiktaş" isə "Milan" (İtaliya) - "Bodo Qlimt" (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək. 

"Qalatasaray" isə Xorvatiyanın "Hayduk" (Split" komandasını üstələsə, "Villem II" (Hollandiya) / "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq. 

"Alanyaspor" isə Norveçdə "Rusenborq"u yenə bilsə, İstanbulda "Mura" (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək. 

Oyunlar oktyabrın 1-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər