"Qarabağ"ın potensial rəqib komandasında dəyişiklik edilib
Tarix: 22-09-2020 11:39 | Bölmə: İdman
"Qarabağ"ın potensial rəqib komandasında dəyişiklik edilib

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Reyting.az
xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilir ki, dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Əlavə edək ki, "Legiya"nın son olaraq ölkə çempionatında evdə "Gurnik"ə 1:3 hesabı ilə uduzmasından sonra baş məşqçi Vukoviçin istefasına qərar verilib. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 4 turda 2 dəfə uduzub. Bundan başqa, Varşava təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}