13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Avropa Liqası: "Qalatasaray" qalib, "Beşiktaş" və "Alanyaspor" məğlub olub
Tarix: 25-09-2020 00:19 | Bölmə: İdman
Avropa Liqası: "Qalatasaray" qalib, "Beşiktaş" və "Alanyaspor" məğlub olub

Bu gün Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib. 

Reyting.az
xəbər verir ki, "Aslan"lar  Xorvatiyanın "Hayduk" komandası ilə qarşılaşmadan qalib ayrılıb:- 2:0.

Oyunda hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib. 

Beləliklə, "Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Türkiyənin digər təmsilçilərinə gəldikdə, "Alanyaspor" Norveçin "Rusenborq" komandasına minimal hesabla uduzub - 0:1.

Bununla da türk klubu növbəti mərhələyə çıxa bilməyib.

"Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib.

"Qara qartallar"dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə "Riu Ave" daha dəqiq olub - 4:2.  

Penaltilərdə "Riu Ave" qalib olub - 4:2.  

Bununla da "Qara Qartal" da avroliqa ilə vidalaşıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər