"Qarabağ"la bu gün meydana çıxacaq "Legiya" klubunda koronavirus aşkarlanıb
Tarix: 01-10-2020 09:57 | Bölmə: İdman
"Qarabağ"la bu gün meydana çıxacaq "Legiya" klubunda koronavirus aşkarlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununda bu gün Polşada "Qarabağ"ı qəbul edəcək "Legiya" klubu problemlə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin əməkdaşında koronavirus aşkarlanıb.

Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.

Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}