16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Barselona” futbolçusunu satmaq istəyir
Tarix: 10-10-2020 13:38 | Bölmə: İdman
“Barselona” futbolçusunu satmaq istəyir

“Barselona” qış transfer pəncərəsində futbolçusu Usman Dembeleni satmağa hazırdır.

İspaniya mətbuatı yazır ki, Kataloniya klubunun baş məşqçisi Ronald Kuman 23 yaşlı hücumçuya ümid bəsləmir. La Liqa təmsilçisi futbolçunu satmaq istəsə də, fransalı oyunçu özü komandadan ayrılmaq niyyətində deyil.

Bildirilir ki, yaxında “Barselona” nümayəndələri Dembele ilə yenidən görüşəcək. Futbolçunun müqaviləsi yenilənməyəcəyi təqdirdə klub onu 50 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, U.Dembele “Barselona”ya 2017-cı ildə Dortmund “Borussiya”sından keçib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}