16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş məşqçi istefaya göndərilib - Səbəb
Tarix: 11-10-2020 13:19 | Bölmə: İdman
Baş məşqçi istefaya göndərilib

Danimarkanın “Kopenhagen” klubu baş məşqçisi Stole Solbakkeni istefaya göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb. Bildirilir ki, 52 yaşlı mütəxəssis komandanın cari mövsümdəki uğursuz nəticələrinə görə vəzifəsindən kənarlaşdırılıb.

Solbakken 2006-2011 və 2013-2020-ci illərdə rəhbərlik etdiyi klubla 8 dəfə Danimarka çempionu, 4 dəfə ölkə kubokunun qalibi olması ilə yanaşı, ötən mövsüm Avropa Liqasının 1/4 finalına da çıxıb.

Lakin komandanın Superliqanın 2020/21 mövsümündə 4 oyunda cəmi 4 xal toplayaraq, 9-cu pillədə olması və Avropa Liqası ilə də vidalaşması klub rəhbərliyinin belə bir addım atmağa vadar edib.

Qeyd edək ki, danimarkalılar Avropa Liqasının pley-offunda Xorvatiya “Riyeka”sına 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}