14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
“Qarabağ”ın rəqibi xal itirib
Tarix: 26-10-2020 10:15 | Bölmə: İdman
“Qarabağ”ın rəqibi xal itirib

İsrail çempionatında 5-ci turun oyunları keçirilir.

Reyting.az
xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” də növbəti oyununa çıxıb. Təl-Əviv təmsilçisi doğma meydanda “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu mövsüm 3 oyun keçirmiş “Makkabi” bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də olacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib