13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
"Qarabağ"la matçdan əvvəl "Sivasspor"un daha bir futbolçusunda koronavirus aşkarlanıb
Tarix: 23-11-2020 17:40 | Bölmə: İdman
"Qarabağ"la matçdan əvvəl "Sivasspor"un daha bir futbolçusunda koronavirus aşkarlanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyə "Sivasspor"unda koronavirusa yoluxan futbolçuların sayı növbəti dəfə artıb.

Məlumata görə, komandanın daha bir futbolçusunun testi müsbət nəticə verib.

Beləliklə, "Sivasspor"da koronavirus aşkarlanan oyunçuların sayı 6-a çatıb. Bundan əlavə klubun 1 işçisinin testi də müsbət çıxıb.

İndiyədək onların heç birinin adı açıqlanmayıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər