"Neftçi" "Zirə" ilə sülhə razılaşıb
Tarix: 28-11-2020 18:01 | Bölmə: İdman
"Neftçi" "Zirə" ilə sülhə razılaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Məlumata görə, turun ilk matçında "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra "Zirə" 19-cu, "Neftçi" isə 18-ci xalını qazanıb.

Qeyd edək ki, turun "Səbail" - "Qarabağ" və "Keşlə" - "Sabah" matçları noyabrın 29-da keçiriləcək. XI tura noyabrın 30-da "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}